"Komandamız mübarizə apardı. Çalışdıq ki, 3 xal qazanaq. Amma bəzi futbolçularımız diqqətsizlik etdilər.

Unikal.org Sportnet.az-a istinadən xəbər verir ki, bunu "Zirənin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqanın 5-ci turunda "Qarabağ"la oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, bu görüşü unudub, gələn matça hazırlaşmalı olduqlarını bildirib.

Qeyd edək ki, Adil Şükürov mətbuat konfransına gec gəlib. Bunu jurnalistlər özlərinə hörmətsizlik kimi qəbul edərək, ona heç bir sual ünvanlamayıb.