"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  bəyan edib ki, onun ölkəsi həm xaricdə, həm də ölkə daxilində terrorçularla mübarizə aparmaq üçün hər cür haqqa malikdir. Türkiyə həm ölkə daxilində, həm də ölkədən xaricdə terrorçulara, o cümlədən İŞİD-ə və PYD-yə qarşı cavab vermək hüququndan istifadə edir".

Unikal.org anspress-ə istinadən verdiyi məlumatına görə, İstanbulda  UNESCO çərçivəsində keçirilən görüşdə çıxış edən Türkiyə prezidenti bildirib: "Türkiyə həm ölkə daxilində, həm də ölkədən xaricdə terrorçulara, o cümlədən İŞİD-ə və PYD-yə qarşı cavab vermək hüququndan istifadə edir".

Türkiyə prezidenti deyib ki, heç kim onun ölkəsinə özünü terror hücumundan qorumağı qadağan edə bilməz. Bununla da Rəcəb Tayyib Ərdoğan Türkiyənin Suriyada baş verən proseslərə müdaxiləsini dayandırmaq istəyən Suriya prezidenti Bəşər Əsədə cavab vermiş olub.

     

Qeyd edək ki, İspaniyanın "El-Pais" qəzetinə müsahibə vermiş Suriya prezidenti Bəşar Əsəd Türkiyənin terror qruplaşmaları ilə mübarizə üçün ölkə ərazisinə daxil olmaq ehtimalına qarşı çıxmışdı. Onun sözlərinə görə, rəsmi Dəməşq Suriyaya qanunsuz girmək istəyən bütün xarici qoşunları terrorçu hesab edəcək:

“Türkiyə və ya Səudiyyə Ərəbistanı İŞİD terrorçularıyla mübarizə bəhanəsi ilə Suriyaya öz qoşunlarını göndərəcəyi təqdirdə, Suriya hakimiyyəti də onlara terrorçulara yanaşdığı kimi münasibət göstərəcək.”

“Türkiyə və ya Səudiyyə Ərəbistanı İŞİD terrorçularıyla mübarizə bəhanəsi ilə Suriyaya öz qoşunlarını göndərəcəyi təqdirdə, Suriya hakimiyyəti də onlara terrorçulara yanaşdığı kimi münasibət göstərəcək”. 

Ərdoğanın açıqlaması Ankarada PYD təmsilçisi tərəfindən törədildiyi bildirilən və 28 nəfərin həyatına son qoymuş terror hadisəsindən sonra baş verib. Türkiyə prezidenti məsələ ilə bağlı ona telefonla başsağlığı vermiş ABŞ prezidenti Barak Obama ilə söhbətində də ölkəsinin mövqeyini ortaya qoyub. Prezidentlər arasında əsas müzakirə məsələlərindən biri Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisini bombalaması olub. 

Prezident Ərdoğan PKK-nın Suriya qanadı olan PYD-ni və YPG-nin Rusiya və Bəşər Əsəd qüvvələri ortaq hərəkət etdiyini deyib və PYD-nin ələ keçirmək istədiyi Azez qəsəbəsindən danışıb: 

"Azez qəsəbəsi onların nəzarəti altına geçərsə, Türkiyəyə böyük köç olacaq və təhlükəsizlik problemi ilə qarşılaşacağıq".

"Onların hədəfləri İŞİD-lə mübarizə aparmaq deyil. Azez qəsəbəsi onların nəzarəti altına geçərsə, Türkiyəyə böyük köç olacaq və təhlükəsizlik problemi ilə qarşılaşacağıq. Əsəd, Rusiya və YPG Münhen razılaşmasına əməl edərsə, biz topa atışlarını dayandıracağıq. Putinlə telefonda danışarkən də dedim ki, müxalif qüvvələrə qarşı hücumları dayandırın".

Türkiyə tərəfi kürd silahlı birləşmələrini regiondan türkmənləri və ərəbləri çıxarmaqla etnik təmizləmə aparmaqda günahlandırırlar. PYD bununla nəzarətində olan iki anklavı birləşdirmək üçün aradakı ərazini ələ keçirmək istəyir. Ankara isə bununla türkmənlərin çoxduq təşkil etdiyi Hələbə gedən yolu itirmiş olacaq. Təbii ki, Türkiyə tərəfi  bu yolu itirmək olmaz. Eyni zamanda, İraqdakı Mosul şəhəri və Suriya ərazisindəki Hələb şəhəri hələ də Türkiyə üçün mübahisəli ərazi sayılır. Ankara 1920-ci illərdə Böyük Britaniya nəzarətindən xilas edə bilmədiyi həmin şəhərləri həmişə öz ərazisi sayıb və imkan olan kimi geri qaytarmaq barədə planlar cızıb.