"Sən təriqətçi, təkfirçi, şirkçisən. Bu səbəbdən də ölməlisən. Sənə dəstək verənlər də cəzalanacaqlar".

Bunu deyən "qazi" bir qədər kənarda durmuş pulemyotçuya "Hazırlaş!" əmrini verib.

Unikal.org Al Arabia-ya istinadən bildirir ki, olay Suriyanın Hələb şəhərində baş verib. "Təkfirçi" adlanan şəxs elektrik dirəyinə bağlanıb və o, güllələnməzdən əvvəl "günah"larını sadalayıb.

"Sən əslində köləsən. Səni buraya göndərən ABŞ, Rusiya, Türkiyə və başqa ölkələrdir. Türkiyə indi burada bizə qarşı vuruşur. Lakin Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana deyirik: sənə də çatacağıq", - kadr arxasındakı səs deyib.
Daha sonra isə pulemyotdan atəş açılıb. Pulemyotçu atəşi bitirəndən sonra dirəyə tərəf gedib, edam olunan şəxsin başını kəsib.
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı bu edamın "Belə xəbərdarlıq etdik" adlı videosunu bu gün yayıb. Video Suriyanın Hələb şəhərində çəkilib.

Edam olunan şəxs Suriyada prezident Bəşər Əsəd rejiminə qarşı vuruşan silahlı müxalifət dəstələrini birləşdirən Azad Suriya Ordusunun (ASO) "Həmzə briqadası"nın komandiri Əhməd Musa əl Hüseyn idi.