Şəmkir rayonunda intihar hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Şəmkir şəhər sakini, 1977-ci il təvəllüdlü Ramil Əkbərov yaşadığı ünvanda özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.