Tez-tez qıc olan və bir tərəfi iflic olan 12 yaşındakı qızın xəstəliyinin səbəbi həkimləri şok etdi.

Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, 12 yaşındakı Hindli Nita Juggler tez-tez qıc olurdu və artıq bir ildir ki bədəninin bir tərəfi iflic halda idi. Həkimə müraciət etdikdən sonra edilən müxtəlif tədqiqlər nəticəsində kiçik qızın beyninin yarısını örtən tenya yəni bağırsaq qurdu larvaları aşkar edilərək mərkəzi sinir sistemində sistiserkoz diaqnozu qoyuldu.

Bir bağırsaq qurdunun larvasının səbəb olduğu kista qreyfrut boydadır və hər an partlayıb ölümə səbəb ola bilər. Müvəffəqiyyətli bir əməliyyat nəticəsində beynindəki kistadan azad olan qızın hazırda vəziyyəti yaxşılaşmağa doğru gedir.



Tenya adlı bağırsaq qurdları bağırsaqlarda yaşayır.Parazitin boyu 10-15 metrə qədər uzana bilir.
Çiy və ya az bişmiş mal ətinin yeyilməsiylə insanlara keçə bilən bu parazit beyinə çatdığında iflicə və ölümə səbəb ola bilər.
Картинки по запросу tenya bagirsaq qurdu