Nə zaman ki, insan pullarının sayını bilmir, onları hara və necə xərcləyəcəyini də düşünmür.

Unikal.org-un publika.az-a istinadən məlumatına görə, məşhurların pul çoxluğundan irəli gələn qeyri-adi alış-verişlərinə diqqət çəkib. Əlbəttə pul olduqdan sonra nəsə bahalı bir şey almaq qəbahət sayılmır. Amma elə qeyri-adi alış-verişlər var ki, onlarsız yaşamaq olar.

İt üçün evciklər

Bu məsələdə bizi iki məşhur təəccübləndirir. Reyçel Hant bu yaxınlarda öz sevimli iti üçün 15 min dollarlıq evcik alıb. Paris Hilton isə öz evcil heyvanı üçün 325 min dollarlıq ev alıb. O evin imkanları, hətta məşhurun özünün də orda yaşamağına imkan verir.

"Pariklər

Gözəllik üçün xərclənən pullar əbəs deyil. Amma yenə də süni saçlar üçün 24 min dollar saymaq sadəcə bədxərclikdir. Ən qəribəsi də odur ki, bu saçları ultraqısa saç imicinə malik olan Mayli Sayrus alır. Bu zaman sual yaranır. İstifadə etməyəcəyin bir şeyə görə niyə bu qədər pul xərcləyəsən ki?

Qızıl telefon

Bu, gülməli olmayan köhnə zarafat kimi səslənir, elə deyilmi? Amma bu, zarafat deyil, Viktoriya Bekhemin növbəti alış-verişidir. Karyerasının başlanğıcında "Space Girls qrupunda solist olaraq özü barəsində dəbdəbəni sevən, pafoslu bir qız obrazını yaratmağa fürsət tapmışdı. Amma "Stuart Hughes şirkətinin 24 karatlıq qızıl telefonunu almaqla özü haqqında yaratdığı obrazı təsdiqləmiş oldu.

37 min dollarlıq idman ayaqqabısı

İngilis reper Tayni Tempanın ayaqqabılara qarşı olduqca qəribə bir zəifliyi var. Onun artıq hər kəsi heyrətləndirəcək ayaqqabı kolleksiyası mövcuddur. "Ayaqqabı aclığı ilə dünyada tanınan məşhurun kolleksiyasına növbəti əlavəsi 37 min dollarlıq "Nike Air Mags idman ayaqqabısı olub.

Kabus detektoru

Sizin bu cihazın varlığından xəbəriniz varmı? Hər halda, belə bir cihaz mövcuddur və qiyməti də 50 min dollardır. İndi isə təxmin edək ki, bunu kim ala bilər. Ledi Qaqadan başqa kim ola bilər ki? Maraqlı bir məqam var ki, bu cür qəribə əşyaların alıcısının məhz Ledi Qaqa olduğunu biləndə insanlar o qədər də təəccüblənmirlər. Müğənninin dünyada yaratdığı imici nəzərə alaraq, bu cür hərəkətləri onun üçün sıradan bir hadisə kimi qəbul edilir. Nə demək olar, ümid edirik ki, bu texnoloji məhsul ona özünü təhlükəsiz hiss etdirir.


60 min dollarlıq xizəklər

Kinorejissor Stiven Şpilberq bir müddət əvvəl etdiyi alış-verişlə öz pərəstişkarlarını heyrətləndirib: rejissor Orson Uellsin "Vətəndaş Keyn filminin rekviziti sayılan xizəkləri 60 min dollara alıb. S.Şpilberq bildirib ki, o, bu filmi bütün dövrlərin və xalqların kinematoqrafiya tarixinin klassikası hesab edir. Buna görə də bu xizəklər onun üçün keyfiyyətli kinonun simvoludur.

Benqal pələngi

Bəli onları da almaq mümkündür. Necə ki, Mayk Tayson 150 min dollar sayaraq alıb. Bu, o qədər də qəribə deyil. O zaman təəccüblü olardı ki, dünyanın ən sərt və dəlisov nümayəndələrindən biri olan Tayson pişiklər və itlərlə oynayardı.

UZİ aparatı

Tibb məntəqələrində saatlarla növbədə olarkən hər kəs özünün şəxsi xəstəxanasına sahib olmağı barədə düşünüb yəqin ki. Görünür, məşhurlar da bu problemdən əziyyət çəkirlər. Tom Kruz 200 min dollarından keçərək özü üçün şəxsi UZİ aparatı alıb. Daha doğrusu, o, bunu keçmiş arvadı Keti Holms üçün almışdı. K.Holms o zaman hamilə idi. Tom Kruzsa qayğıkeş ər və ata olaraq onun üçün evdə hər cür şəraiti yaratmağa səy göstərirdi. Hazırda o aparat nə işə yarayır, bax, bu bəlli deyil.

Şlyapa üçün təyyarə

Məşhur "U2 qrupunun solisti Bono sevimli şlyapasını gətizdirmək üçün təyyarədə birinci sinif salonda 1700 dollara yer alıbmış.

Skelet, kolleksiya və 2 milyon 376 min dollarlıq hesab

Xeyr, bu zarafat deyil. Bu, Nikolas Keycin bir dinozavr skeletinə və komikslər kolleksiyasına görə ödədiyi hesabdır. Yeri gəlmişkən, dinozavr skeleti aktyora 276 min dollara başa gəlib. Amma komikslər kolleksiyasına 2 milyon dollardan çox pul xərcləyib.

Milyon yarımlıq vanna

Söhbət Tamara Ekklstoundan, məşhur milyarder Berni Ekklstounun qızından gedir. 75 milyon dollarlıq malikanəsində oturub vaxt öldürən, vannasını svarovski daşları və digər qiymətli əşyalarla bəzətdirib bir sərvət dəyərinə çatdıran qızcığazdan.

2 milyon dollara hava nəmləndirici

Bilməyənlər üçün deyək ki, hava nəmləndirici fantanabənzər və ultrasəs yayan bir cihazdır. Satışda 20 dollara almaq mümkündür. Ancaq Selin Dionun evində quraşdırılan hər nədirsə, 2 milyon dollara başa gəlib.

Şəhər

Kim Bessencer pullarını maşına, daş-qaşlara, evlərə və s. xərcləməkdən imtina edib. Əvəzində 1989-cu ildə Corciya ştatında 20 milyon dollara şəhər alıb.

Qızıl təyyarə

Donald Tramp - hər kəsin haqqında danışdığı ABŞ prezidentliyinə namizəd milyonçu. Hazırda öz siyasi çıxışları və imici ilə dünya mediasının gündəmini zəbt edən Tramp, həm də öz eksentrik xərcləmələriylə də məşhurdur. Məsələn, yalnız onda olan qızıl təyyarəni qeyd etmək kifayətdir. Həmçinin onun qızıl vannası, yaxtası və maşını da var.