ABŞ prezidenti Barak Obama nüvə silahı olan ölkələri onu heç vaxt sınaqdan keçirməməyə və arsenallarını azaltmağa çağırıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, Obama bu çağırışı BMT Baş Assambleyasının 71-ci iclasında çıxışı zamanı edib.

"ABŞ kimi nüvə silahına malik olan dövlətlərin üzərinə onun (nüvə silahının) ehtiyatlarının azaldılması və heç vaxt istifadə edilməməsi kimi məsuliyyət düşür", - deyə Obama qeyd edib.