Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev Azərbaycan futbolunun bu günündən danışıb. Unikal.org xəbər verir ki, futbol mütəxəssisi apasport.az-a müsahibəsində keçmiş klubu "Neftçinin 8:0 uduzmasına münasibət bildirib:

"Neftçinin "Qəbələyə 0:8 hesablı məğlubiyyətə nə ad verərdiz?

- Bu, artıq dözülməz haldı. Oyunu izlədim və çox pis oldum.

- Yekun hesabı görəndə sabiq "Neftçili kimi ürəyiniz tutmadı?

- Bu, məşqçinin zəifliyi idi. Komandanın günahı yoxdu. Eşitdim ki, həmin vaxt Vəli Qasımov xəstəxanada olub. Allah ona şəfa versin. Ürək ağrısı peşəkar məşqçi xəstəliyidi. Hansı məşqçinin ürəyi ağrımır ki? Vəlinin ehtiyat skamyada olmamağı o nəticəyə birbaşa təsir etdi. 0:8 hesabı o deməkdi ki, baş məşqçi yoxdu, hərə öz bildiyini edir.

- Sizin vaxtınızda bu nəticə qeydə alınsaydı, nə baş verərdi?

- Mən o hesabla uduzsam, özümü stadionda asardım.

- Həmin nəticədən sonra 3 nəfər - Vəli Qasımov, Elnur Məmmədov və Mübariz Xudiyevlə yollar ayrıldı. "Neftçidən getməli adamlar ancaq onlar idi?

- Qardaş, o məğlubiyyətə görə cavab verməli olan ilk adam elə klub rəhbərliyidi.