Türkiyənin "Qalatasaray" klubunun bu ilin iyul ayınadək 329 milyon 922 min dollar (985 milyon lirə) borcu var.

Unikal.org Reporta-a istinadən xəbər verir ki, bu rəqəm klubun İdarə Heyətinin toplantısında açıqlanıb.

İnfromasiyaya görə, "Qalatasaray"ın cəmi 523 milyon 855 min dollar (bir milyar 564 milyon lirə) borcu var. Klubun 193 milyon 934 min dollar (579 milyon lirə) alacağı olduğu bildirlib. Odur ki, alacağı ilə vercəyi borcun fərqi 329 milyon 922 min dollardır (985 milyon lirə).

Məlumatda bildirilib ki, 2015-c il dekabrın 31-də isə klubunborcu 322 milyon 553 min dollar (963 milyon lirə) olub.