Makedoniyanın paytaxtı Skopyedə hərbçilər arasında sərbəst güləş üzrə 31-ci Dünya çempionatı start götürüb.

Unikal.org xəbər verir ki, yarışda 4 qitədən 34 ölkəni təmsil edən 400-dən çox idmançı iştirak edir.

Çempionatın rəsmi açılış mərasimi Makedoniya hökuməti və ordusu nümayəndələrinin iştirakı ilə Boris Traykovski adına İdman Mərkəzində baş tutub.

Çempionatda Azərbaycan, Rusiya, Belarus, Ukrayna və Qazaxıstan idmançıları da iştirak edirlər.

Çempionatın proqramına sərbəst və yunan-Roma güləşi daxildir.

Yarış sentyabrın 25-dək davam edəcək.