Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Xosrov Bəy Sultanovun qardaşı, erməni quldurbaşısı Andranik Ozanyanın dəstəsini darmadağın edən Sultan bəy Sultanovun Türkiyədəki məzarı baxımsız vəziyyətdədir.

Unikal.org xəbər verir ki, bu barədə millət vəkili Mahir Abbaszadə deyib. O, bildirib ki, Sultan bəyin məzarı bir müddət əvvəl Türkiyənin Qars vilayətinin Koçköy kəndində yerləşən məzarlıqda aşkar edilib. Millət vəkili deyib ki, məzarın abadlaşması istiqamətində hazırda danışıqlar aparılır: "Bu günlərdə Laçının fəal gənclərindən İbrahim Mirzəyev və Aqil Səfərəliyevin Qarsa səfərini təşkil etdik ki, onlar Sultan bəyin məzarının dəqiq harada yerləşməsi və hansı vəziyyətdə olması barədə məlumat toplayıb gətirsinlər və o məlumatları topladıq. Qars vilayətinin bələdiyyə başqanı Murtaza Karaçantayla telefon əlaqəsi saxladım, qəbrin bu vəziyyətdə olmasının həm bizim üçün, həm də Türkiyə üçün utandırıcı bir hal olduğunu bildirdim. Bundan sonra Murtaza bəy söz verdi ki, yaxın vaxtlarda Sultan bəyin məzarı onun adına layiq bir şəkildə abadlaşdırılacaq.

Millət vəkili deyib ki, məzarın Sultan bəyə məxsus olması şübhəsizdir: "Yanında qızının məzarı var. Eyni zamanda o qəbrin ətrafındakı məzarların hamısının üzərində yurdu Laçın, ilçəsi Laçın sözləri yazılıb.

Deputat qısa müddətdə məzarın abadlaşdırmasına başlanılacağını qeyd edib.

Sultan bəyin məzarı baxımsız vəziyyətdə...  -  Fotolar
Sultan bəyin məzarı baxımsız vəziyyətdə...  -  Fotolar
Sultan bəyin məzarı baxımsız vəziyyətdə...  -  Fotolar
Sultan bəyin məzarı baxımsız vəziyyətdə...  -  Fotolar
Sultan bəyin məzarı baxımsız vəziyyətdə...  -  Fotolar