ABŞ "New-York" yaşayan yaşayan altı yaşlı Alex, Suriyanın Hələb şəhərində keçən ay bombardman edilən yaşayış sahəsində yaralanan Umran Dakneş adlı uşaqğın fotolarını görən kimi prezident Barak Obamaya yazılı məktub göndərib və bu məktubu video çarx vasitəsilə mətnini səsləndirib.

Unikal.org xəbər verir ki, Obamaya məktub göndərən Alexin görüntülərini, Facebookda 60 mindən çox insan paylaşıb. Alex, ABŞ başçısına göndərdiyi mesajda ambulanstakı görüntüsü ilə dünyanı ağladan Suriyalı uşaq üçün 'Xahiş edirəm o uşağı evinizə gətirə bilərsinizmi?' deyə müraciət edib.

Artıq 6 yaşlı uşağın göndərdiyi məktubu Ağ Evin rəsmi səhifəsində də paylaşılıb.

Məktubu cənab Barak Obamayla başlayan Alex, Ağ Evə göndərdiyi məktub belə davam edir:

"Suriyada ambulanstaki uşağı xatırlayırsanmı? Xahiş onu götürüb evimizə gətirə bilərsənmi? Biz sizi evdə çiçəklər, şarlar və bayraqlarla gözləyəcəyik. Biz Ümrana bir ailə verəcəyik, o bizim qardaşımız olacaq ...".

Artıq 6 yaşlı uşağın yazdığı məktubu Barak Obama canlı yayım vasitəsilə ictimayyətə açıqlayıb.