"Kəpəz futbol klubuna yeni icraçı direktor təyin olunub. Artıq onun tərcümeyi-halı da məlumdur.

Unikal.org xəbər verir ki, İbrahimov Cabir Qabil oğlu 18 iyun 1985-ci ildə Gəncə şəhərində anadan olub.

2003-cü ildə orta məktəbi bitirib, elə həmin ildə də Azərbaycan Beynəlxalq Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakultəsinə daxil olub. 2007-ci ildə Universiteti bitirib. 2008-2009-cu ildə hərbi xidmətdə olub. 2009-cu ildən Kür-Xəzər Xeyriyyə Cəmiyyətinin Gəncə regional şöbəsində inzibatçı vəzifəsində işləyib.

Uzun illər idmanla məşğul olub. Azərbaycan Respublikasının "İdman Ustasıdır benc-press (ağırlıq qaldırma) üzrə dəfələrlə Respublika Çempionu və rekordcusu, böyüklər arasında dünya və avropa yarışlarının mükafatçısı olub. 4 yanvar 2016-cı ildən "Kəpəz Peşəkar Futbol Klubunda İnfrastruktur üzrə mütəxəssis vəzifəsində çalışıb.

Ailəlidir, iki uşağı var.