Türkiyədə hərbi çevrilişə cəhddə günahlandırılan Fəthullah Gülənin ABŞ-dan başqa bir ölkəyə qaçmaq planlaşdırmasına dair kəşfiyyat məlumatları var.

Unikal.org-un "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.

Onun sözlərinə görə, ABŞ F.Gülənin qaçışını əngəlləmək üçün onu təcili tutmalıdır.