Cinsini dəyişərək qadın olan türk müğənnisi Bülənt Ərsoyun 43 il öncəki fotoları yayılıb.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin vaxt hələ cinsini dəyişməmiş Ərsoy, nişanlısı ilə dənizdə istirahət edərkən fotolar çəkdirib. B.Ərsoy 1981-ci ildə Londonda keçirdiyi əməliyyat nəticəsində qadın olub.

Fotoları isə gənc sənətçi Onur Akay "Facebook hesabından paylaşıb. O bildirib ki, bu fotolar heç kimdə yoxdur və bu vaxta qədər heç bir yerdə paylaşılmayıb.