Əfqanıstanın müxtəlif əyalətlərində aparılan hərbi əməliyyatlar nəticəsində son 24 saat ərzində 70-dək terrorçu məhv edilib.

Unikal.org xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi açıqlama verilib.

"Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin 3 əyalətdə apardığı əməliyyat nəticəsində son 24 saatda 70-dək terrorçu, o cümlədən 11 İŞİD üzvü məhv edilib, 43-ü isə yaralanıb, - deyə məlumatda bildirilir.

Əməliyyat zamanı 4 Əfqanıstan ordusunun əsgəri həlak olub.