Türkiyə Hərbi-Hava Qüvvələri İŞİD-in Suriyadakı mövqelərinə zərbələr endirib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında bildirilir.

Türkiyənin hərbi təyyarələri İŞİD-in Tall Atiyah və Əl Athariyah rayonundakı mövqelərinə zərbələr endiriblər.

Qeyd edək ki, "AzadSuriyaOrdusu Türkiyə Silahlı Qüvvələrinin köməyi ilə avqustun 24-dən Suriyanın şimalında İŞİD silahlılarına qarşı əməliyyata başlayıb.