Sentyabrın 23-də axşam saatlarında Gürcüstana yağan leysan yağışları bir sıra ciddi problemlər yaradıb.

Unikal.org azərtaca istinadən xəbər verir ki, paytaxt Tbilisinin mərkəzi "Azadlıq meydanında, Diğomi, Samqori rayonlarında evlərin birinci mərtəbələrinə, Ablavari metrosuna su dolub. Rustaveli prospektində yol bağlanıb. Şəhərin əksər hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb.

Diğomi rayonunda yaşayış evinə ildırım düşüb.

Tbilisi şəhərinin meri David Narmaniya faktı təsdiqləyib və bildirib ki, ildırım düşməsi nəticəsində xoşbəxtlikdən ciddi dağıntı və insan tələfatı olmayıb.