Sərnişinlərdən biri iddia edib ki, arxasındakı şəxs ona qarşı əxlaqsız hərəkətlər edir

Bu gün Bakıda sərnişin avtobuslarının birində rüsvayçı olay baş verib. Sərnişinlərdən biri iddia edib ki, arxasındakı şəxs ona qarşı əxlaqsız hərəkətlər edir, onun namusuna təcavüz etməyə çalışır. Hadisə avtobusdakı digər sərnişinlərin kəskin etirazına səbəb olub. Həmin şəxs əvvəlcə özünü müdafiə etməyə cəhd edib, daha sonra üzünə tuşlanan kameranı əli ilə itələyərək avtobusdan düşərək qaçıb. Sərnişinlər belə rüsvayçı hərəkət edənlərin polis tərəfindən cəzalandırılmasının vacib olduğunu bidiriblər.

Qeyd edək ki, olay sərnişinlərin biri tərəfindən lentə alınlb və Bizimyol.info saytına göndərilib. Videonu izləyicilərimizə təqdim edirik.