Hər mövsümünə görə bol meyvə qəbul etməyimiz sağlamlığımız üçün çox faydalıdır. Meyvələr vitamin və minerallar baxımından çox zəngindir, mükəmməl lif qaynağıdır. Meyvələrdə təbii şəkər var, nə qədər çox meyvə yeyilsə beyindəki sinir hüceyrələri o qədər də çox inkişaf edər,  yaddaş güclənər.

Unikal.org meyvələrin nə kimi faydası olduğunu təqdim edir:

Portağalın xeyri
Payız qış fəslinin ən gözəl meyvələrindən biridir. C vitamini ilə bol olan meyvə qrip xəstəliyinin müalicəsində əvəzedilməz rola malikdir. Tərkibi B vitamini, kalsium, maqnezium ilə zəngindir. Soyuqdəyməyə və qripə yardım edir. Öskürəyi azaldır, ürək xəstəliklərindən və iflicdən qoruyur, bədənin əzik və göyərmiş yerlərinin daha tez sağalmasına kömək edir, mədə xərçənginin qarşısını alma təsiri var. Təzyiqi normallaşdırır. İçindəki minerallar cildin quruyub, qırışmasının qarşısını alır. Qaraciyərin davamlı və düzgün işləməsini tənzimləyir, həzmi asanlaşdırır. Damarların kirəclənməsinin qarşısını alır, bağırsağı yumşaldır, dərini təravətli edir. Səhər saatlarında qəbul edilən bir stəkan portağal suyu günə gümrah başlamaq və bir çox xəstəliklərdən qorunmaq üçün əla vasitədir.
Картинки по запросу apelsin

Heyvanın xeyri
Əsasən ürək, ağciyər, boğaz, mədə, göz, bağırsaq və ağız boşluğu xəstəliklərində istifadə edilir. Bundan əlavə heyva cinsi gücü artırır, cildi gəncləşdirir, dodaq çatlamasına dərmandır. Tərkibi protein, şəkər, A, B2 və C vitamini, dəmir kimi minerallarla zəngindir.Uşaqların böyüməsi və inkişafını tezləşdirir.Sinir sistemini gücləndirir. Həzmə kömək edir. Dərini, dırnaqları parlaq və sağlam edir. Qrip və soyuqdəyməni sağaldır. Ağızdən gələn qoxunu aradan qaldırır. Kərə yağında bişirilən heyva bəlğəmi təmizləyir, öskürək, tənəffüs sistemi xəstəlikləri və bronxitə xeyirlidir. Heyva çiçəyinin qaynadıb içmək anaların südünü artırır, ürəyi gəncləşdirir və baş ağrısına müsbət təsir edir. Ağızdakı yaralar, boğazdakı şişlik və ağrı üçün heyvanın özünü və yarpaqlarının dəmləməsindən qarqara kimi istifadə etmək olar. Dodaq çatlamasının qarşısını almaq üçün toxumlarını qaynadaraq dodaqları bu suda yumaq olar. Heyvanın yarpaqları yuxusuzluqdan əziyyət çəkənlərə kömək edir.
Картинки по запросу heyva
Bananın xeyri
Bu meyvə qan dövranını tənzimləyir, yüksək təzyiqə müsbət təsir edir. Tərkibindəki şəkər, nişasta sayəsində dözümlülük yaradır. Banan idmançıların bir nömrəli enerji mənbəyidir. Ürəyə və əzələ sisteminə xeyirlidir. Yorğunluğu aradan qaldırır. Yuxunu rejimə salır. Mədə xorasının müalicəsinə kömək edir. Böyrəkdəki iltihablanmada müalicəedici özəlliyə sahibdir.
Картинки по запросу banan
Üzümün xeyri
Üzümün tərkibi kalsium, dəmir və başqa maddələr, həmçinin A, B1, B2, və C vitaminlərilə zəngindirlər. Bəzi qaraciyər xəstəlikləri və qanazlığının müalicəsində istifadə edilir. İçərisindəki meyvə asitləri sayəsində mədəyə zərər vurmadan böyrək və bağırsağın işini asanlaşdırır. Qanın təmizlənməsinə kömək edir. Ürək döyüntülərini tənzimləyir. Qaraciyəri təmizləyir. Qara üzüm hüceyrə yeniləyici əhəmiyyətə malikdir. Həzm prossesini asanlaşdırır. Uşaqların inkişafı üçün çox faydalıdır.
Картинки по запросу üzüm
Narın xeyri
Narın faydalarını saymaqla bitirmək olmaz. Bu meyvə çox dərdin dərmanıdır. Təzyiqi tənzimləyir. Ürəyi qoruyur. Bədənin immunitetini gücləndirir. Enerji verir, yorğunluğu aradan qaldırır. Xolestrol və qan şəkərinin artmasına mane olur. Bağırsaq parazitlərinin düşmənidir. Dərinin gözəlləşdirir.
Картинки по запросу nar
Almanın xeyri
A, C, E və B vitaminləri, fosfor, maqnezium, dəmir, kalsium kimi maddələrlə zəngindir. Bu meyvənin insana xeyri onlarladır. Hətta el arasında "Gündə bir alma ye, həkimə möhtac olma kimi deyimlərdə var. Hər gün alma yeyənlərdə ürək-damar xəstəliklərinin yaranması təhlükəsi 50% azalır. Qanı və böyrəkləri təmizləyir. Cildə parlaqlıq və gözəllik verir. Soyuqdəyməyə və öskürəyə xeyirlidir. Xolestrolu azaldır. Həzm sistemindəki narahatlığa kömək edir. Baş ağrısına xeyirlidir. Yüksək təzyiqi salır. Qandakı şəkəri nəzarətdə saxlayar. Revmatizmaya kömək edir. Yuxusuzluğa xeyirlidir.
Картинки по запросу alma
Armudun xeyri
Armud soyuqdəyməni sağaldır, sinirləri rahatladır, mədəni gücləndirir, həzmi asanlaşdırır. Tərkibində A, B1, B2, B3, B6 və C vitaminləri var. Bu meyvəni yeməkdən əvvəl qəbul etmək məsləhətdir. Böyrəklərin işinə kömək edir. Daş və duzların tökülməsinə kömək edir. Təzyiqi düşürür, qanı təmizləyir. Revmatizmin müalicəsində də faydalıdır. Doyurucu təsiri olduğu üçün pəhrizlərdə acmaq hissini aradan qaldırır.
Картинки по запросу armud
Şaftalının xeyri
B və C vitaminləri ilə zəngindir. A vitamini, kalsium, maqnezium, dəmir və fosfor var. Ağızdan gələn qoxunu aradan qaldırır. Bağırsaqda olan qurdları öldürür, bağırsaqları yumşaldır. Qanı təmizləyir. Qəbzliyin qarşısını alır. Həzmi asanlaşdırır. Böyrəklərin işinə kömək edir. Hərarəti düşürür. Sinirləri sakitləşdirir.Yuxusuzluğun qarşısını alır. Xərçəngə qarşı mübarizə vasitəsidir. Dərini nəmləndirir və canlandırır.
Картинки по запросу şaftalı
Çiyələyin xeyri
Bu meyvədə bol miqdarda dəmir və fosfor var. C, B və K vitamini ilə zəngin olan çiyələk bədəni gücləndirir, xolestrolu aşağı salır və qan laxtasının qarşısını alır. Qanı təmizləyir. Damağı gücləndirir.
Ağız qoxusunun qarşısını alır. Sakitləşdirir. Dərini nəmləndirir. Revmatizm və qaraciyər xəstəliklərində istifadə edilir.
Картинки по запросу çiyələk
Gilasın xeyri
Güclü ağrıkəsicidir, xolestrol və qan şəkərini azaldır, bədəndəki zəhəri təmizləyir. Qəbzliyi aradan qaldırır. Nikotinin bədəndən sovrulmasına kömək edir. Böyrəkləri daş və qum yığılmasından qoruyur.
Öd kisəsi daşını tökür. Üzdə olan sızanaqları təmizləyir.
Картинки по запросу gilas
Əriyin xeyri
Qan bərpaedicidir, qan azlığına xeyirlidir. Saça yaxşı təsiri var. Xüsusilə ağciyər xərçənginin qarşısının alınmasına kömək edir. Ürək xəstəliklərinə xeyirlidir. Sümük əyilməsinin qarşısını alır. Yuxu gətirir. Həzm sistemində problem yaşayanlar üçün faydalıdır. Səhərlər acqarına yeyilən ərik qurusu (qaysı) həzm baxımından faydalı olmaqla yanaşı, cildə də yaxşı təsir edir.
Картинки по запросу ərik
Kivinin xeyri
Kivi bütünlüklə C vitamini mənbəyidir, bir ədəd kividə bir günlük alınması lazım olan C vitamini ehtiyacindan daha çoxu var. Qandakı şəkərin nəzarətdə saxlanması üçün yararlıdır. Xərçəngin yaranmasına mane olur. Qan təmizləyici xüsusiyyəti qan laxtalanması risqini əhəmiyyətli şəkildə azaldır.
Картинки по запросу kivi
Qreypfurtun xeyri
Soyuqdəyməyə yaxşıdır. Həzmi asanlaşdırır. Diş əti qanamasını azaldır. Xırda damarlardakı qan dövranını sürətləndirir. Mədə xərçənginə tutulmaq risqini azaldır. Təzyiqi normallaşdırır. Yağlı yeməklərin ardından bu meyvənin suyunu içmək məqsədəuyğundur.
Картинки по запросу qreyfrut
Ananasın xeyri
Ananasın suyu bədəndəki yağları əridir. Kalorisi çox azdır, lif baxımından isə olduqca zəngindir. Bu meyvə qan şəkərinin səviyyəsini nizamlayır. Ananası səhər, günorta və ya axşam yeməyindən sonra yemək olar. Ananas A, C, B vitamini, bromelain maddəsi baxımından zəngindir. Həmçinin, manqan, dəmir və kalsium ehtiva edir. Bakteriya və viruslara qarşı immunitet sistemini gücləndirir. Hüceyrələrin yenilənməsini sürətləndirir. Yaraların iltihablanmasının qarşısını alır. Qandakı yağ miqdarını aşağı salır və xolesterinin səviyyəsini tənzimləyir. Təzyiqin aşağı düşməsinə kömək edir. Ət, yumurta kimi qidaların tərkibində bol miqdarda olan zülalın orqanizm tərəfindən daha tez həll olunmasını təmin edir. Antioksidant baxımından zəngin olduğu üçün xərçəngdən qoruyucu xüsusiyyətə malikdir. Sidikqovucudur. Həzmi asanlaşdırır. Ananas insanın ehtiyacı olan bütün vitaminləri və 16 təbii mineral ehtiva edir. Ananasın arıqlama prosesini sürətləndirdiyi elmə məlumdur. Bədəndəki yağları parçalayıb əridən ananasın suyunu yeməkdən sonra içmək məsləhət görülür. Ananas üz dərisi üçün də çox faydalıdır. Ananası qida menyusundan əskik etməyənlərin saçları daha sağlam və parlaq olur. Bu meyvə dırnaqları qidalandırır və qırılmasının qarşısını alır. Sellülitdən xilas olmaq üçün də ananas ən ideal meyvədir.
Картинки по запросу ananas