Futbol üzrə Azərbaycan Premyer Liqasında altıncı tura start verilib.

Unikal.org xəbər verir ki, turun açılış günündə bir görüş oynanılıb. Bakının AZAL və "İnter komandaları üz-üzə gəlib.

Şüvəlandakı "AZAL Arenada keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1.

Qollar: Nizami Hacıyev, 45+1 (0:1),Nuqzar Kvirtiya, 54 (1:1), Rauf Əliyev, 63 (1:2), Ağabala Ramazanov,64 (1:3).

Bununla da "İnter 14 xalla turnir cədvəlində liderliyi ələ keçirib. AZAL isə ardıcıl dördüncü məğlubiyyətlə üzləşib və bir xalla sonuncu pillədə qalıb.