"Liverpul"un baş məşqçisi Yurqen Klopp fransalı müdafiəçi Mamadu Sakonun açıqlamasına münasibət bildirib. Sako 3 həftə oynamağa hazır olsa da, baş məşqçinin bunu gizlətdiyini qeyd etmişdi.

Unikal.org Goal.az-a istinadən xəbər verir ki, Klopp bunları deyib:

"Səhər mənə bilməli olduğum şeyləri söylədilər. Bəzən düzgün cavabı vermək üçün gözləməkdə fayda var. Yalnız onu deyə bilərəm ki, burada pozitiv heç nə yoxdur. Bu məsələ ilə vaxt gələndə məşğul olacam. İndi Milad bayramı deyil".