Braziliyada dünyanın ən böyük ilanı tapılıb. Ölkənin şimalında, Para ştatındakı Altamira bölgəsində Belu Monte su bəndinin inşası zamanı mağaralardan birində gerçəkləşdirilən partlayış zamanı nəhəng anakonda ölüb.

Unikal.org milli.az-a istinadən bildirir ki, nəhəng anakondanın ağırlığı 400 kq, uzunluğu 10 metrdir.

Şinqu çayının üzərindəki su bəndinin tikintisində çalışan fəhlələr ilanın leşini qaldırıcı kran vasitəsilə qaldırıblar.

Hazırda dünyanın ən iri, böyük ilanı sayılan "Meduza" ABŞ-dakı Kanzas-Siti zoparkında saxlanılır. Bu ilanın uzunluğu 9,5 metrdir.