Nikaraqua hökumətinin bəyanatında həddən artıq dolan həbsxanaları boşaltmaq məqsədi ilə 8 minə yaxın dustağın azadlığa buraxıldığı bildirilir.
Unikal.org AZƏRTAC-a istinadən verdiyi məlumata görə, ümumilikdə həbsxanalardan 5 ilədək həbs cəzası olan 8149 məhbus azadlığa buraxılıb, həmçinin 94 xarici ölkə vətəndaşı cəzasını vətənlərində çəkmək üçün öz ölkələrinə göndərilib.
Məhbusların hamısı 2014-cü ildən başlayaraq azad edilib. Lakin hökumətin məlumatında ölkədə məhbusların hazırkı sayı barədə informasiya verilmir. Nikaraquanın insan haqları üzrə qeyri-hökumət mərkəzinin hesabatına görə, keçən il ölkənin penitensiar müəssisələrində 10,5 min məhbus qeydə alınıb ki, bu da həbsxanaların ümumi tutumundan iki dəfə çoxdur.