Suriya hakimiyyəti ABŞ və Rusiyanın birgə təklif etdiyi atəşkəs şərtlərinə razı olduqlarını bildirib.  
Suriya rəsmiləri 27 fevralda qüvvəyə minəcək atəşkəsə razı olduqlarını desələr də, İŞİD və Ən-Nüsrə Cəbhəsinə qarşı hərbi əməliyyatların davam etdirilməsini dəstəkləyiblər.   Rəsmi Dəməşq atəşkəs dövründə müxalif qruplaşmaların qüvvətlənməsinə də icazə vermək olmaz. Mötədil Suriya müxalifəti də atəşək rejiminə müsbət cavab veriblər. Bununla belə onlar rəsmi Dəməşqdən artilleriya və aviasiya gücləri ilə mühasirədə saxladığı 18 rayona sərbəst dəhliz ayırmağı tələb edib.