"Bizi çətin oyun gözləyir. Rəqib sıradan bir komanda deyil. "Mayntsın xüsusi təqdimata ehtiyacı yoxdur. Buna baxmayaraq, asan təslim olmaq fikrində deyilik. Sabahkı oyuna 3 xal üçün çıxacağıq.

Unikal.org xəbər verir ki, bu sözləri "Qəbələnin futbolçusu Asif Məmmədov Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində baş tutacaq "Mayntsla oyundan öncə deyib.

Təcrübəli futbolçu "Qəbələdəki karyerası haqqında da danışıb: "Düzdü, son zamanlar yaxşı formadayam. Məşqçi də mənə inanır. Deməzdim ki, öz oyunumdan razıyam. Daha da artırmalıyam.