Müğənni Murad Boz keçmiş sevgilisi Eliz Sakuçoğlunun sosial mediada 1 ay öncə paylaşdığı videonu bəyənib.

Unikal.org axşam.az-a istinadən xəbər verir ki, onun bu hərəkəti hazırki sevgilisi Aslı Enverin sərt etirazına səbəb olub.

M.Boz daha sonra etdiyi bəyənməni geri alıb.

Qeyd edək ki, bu günlərdə Muradın Aslı ilə arasının pis olduğu və müğənni Hadisə ilə sevgi yaşadığı iddiaları səsləndirilir. Lakin hər iki tərəf İnstaqramda açıqlama yayaraq iddiaları yalanlayıblar.