"Mənim əslim Azərbaycanlıdır. Babam Azərbaycandan Qarsa köç edib". 

Unikal.org xəbər verir ki, bu sözləri məşhur "O şimdi asker" musiqisinin ifaçısı, türkiyəli müğənni Tuğba Əkinçi deyib.

O vurğulayıb ki, anası Konyalıdır və tibb bacısı kimi çalışır: "Atam inşaat mühəndisidir. Bir bacım var". 

Müğənni ilk sənətə gəlməsindən də danışıb: "1994-cü ildə Bodrumda ailəmlə istirahət edirdik. Həmin ərazidə kino çəkilirdi. Filimin rejissoru Osman Sınav idi. O məni kino çəkilişi zamanı gördü və gəlib atama bildirdi ki, qızınızı bəyəndik,onu sınaq çəkilişlərinə istəyirik. Buna razısınızmı? 'Mavi Döşlər' adlı serialın razılaşmasını etdik. Ardından Osman Yağmurdereli mənimlə çalışmaq istədi. Amma o illərdə aktyorluq bu qədər məşhur deyildi, müğənnilərin dövrü idi. Mən də insanların küçədə "Tuğba Tuğba" deyə gəzməsini istəyirdim. Ən son, "İkinci Bahar' serialında Nurgül Yeşilçayın oynadığı rol üçün seçildim. Bir neçə bölüm üçün pulumu aldım və amma mənim yerimə onu oynatdılar. Bundan sonra aktirisalıqdan müğənniliyə gəldim. Üç ay sonra 'O şimdi Asker'i oxudum".