Türkiyəli müğənni Ebru Gündeş Mayamidə həbs olunan İran əsilli azərbaycanlı iş adamı, həyat yoldaşı Rza Zərrabdan boşanmaq haqda qərarından sonra çətin günlər keçirir.

Unikal.org -un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sənətçiyə bu günlərdə Kanlıcadakı villasında qonşu olan müğənni Sezen Aksudan böyük dəstək gəlib.

Belə ki, Ayla Çelik, Gökhan Tepe və Sinan Akçıldan mahnı alan Ebrunun noyabrda çıxacaq albomu üçün əsas mahnını Sezen Aksu hazırlayır. Gündeşin albomu klipləriylə birlikdə 700 min lirəyə baha başa gələcək.

Qeyd edək ki, E. Gündeş indiyə qədər S. Aksunun 15 mahnısını səsləndirib.

O, əri Rza zərraba xitabən oxuduğu "Gönlümün efendisi mahnısını bundan sonra ifa etməmək qərarına gəlib.