"Real Madrid" ciddi itki ilə üzləşib.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, "kral klubu"nun yarımmüdafiəçisi Luka Modriç sol dizindən zədə alaraq 1 aylıq sıradan çıxıb. Bu xəbəri klub da təsdiqləyib. Belə olan halda 31 yaşlı xorvat futbolçu DÇ-2018 seçmə mərhələsi çərçivəsində Kosova və Finlandiya səfərlərində milli komandasına da kömək edə bilməyəcək.