Dünən restoran açılışlarından birində stilist Samiraldo və idmançı Kamil Zeynallı iştirak edib.

Unikal.org xəbər verir ki,məclisə daxil olan Samiraldo idmançının hədəfinə tuş gəlib. Mikrofonu əlinə alan idmançı stilistin nəslini, kökünü söyüb, təhqir edib. Bununla kifayətlənməyən K. Zeynallı stilistə meyvə atmağa başlayıb. K.Zeynallı bildirib ki, o, oturduğu məclisdə yalnız kişilər otura bilər, Samiraldo kimilərin orada yeri yoxdur. Stilistin ünvanına küçə söyüşləri səsləndirən idmançı onun köməkçisini də kənara çəkib və təhqir edib.

Məsələni dəqiqləşdirmək üçün big.az-a Samiraldo ilə əlaqə saxlayıb. Stilist məsələni inkar etmədi. Samiraldo hələ də şokda olduğundan məsələ barədə danışmaq istəmədi. Ancaq tezliklə açıqlama verəcəyini bildirdi.

Unikal.org xəbər verir ki, qafqazinfo-nun əməkdaşı Kamillə ilə əlaqə saxlayıb.

Kamil Zeynallı yayılan xəbərləri təsdiq edərək stilistlə mübahisə etdiyini bildirib:

"Yayılan xəbərlər düzdür, ona yox, köməkçilərinə meyvələr atmışam. Açılışda idmançılar idi. Onun kimi adamları idmançıların arasına salmaq düzgün deyil. Hamı öz yerini bilməlidir. Hamısı hörmətli oğlanlardır, onların arasında bunun nə yeri var? Qız paltarında, başında kəlağıyı açılışa gəlib. Mən də əsəbiləşdim, özümü saxlaya bilmədim".