Avtomobilin müəyyən hissələrində nasazlıq varsa, istismarına qadağa qoyulur. Belə maşını sürənləri də cərimə gözləyir. Ancaq əskər sürücülər avtomobilin istismarına qoyulan qadağalardan xəbərsizdilər. Bu halda avtomobilin saz olub olmamasından asılı olmayaraq yollarda hərəkətə davam edirlər.

"Yol hərəkət haqqında qanunda nəqliyyat vasitəsinin istismarına yol verilməyən nasazlıqların siyahısı müəyyən edilib. Burada sükan idarəetmə mexanizmi, əyləc sistemləri, şüşələrin və təkərlərin vəziyyəti, şüşəsilən, təhlükəsizlik kəməri və digər məsələlər öz əksini tapıb. Qaydada bütün bunların müəyyən olunmuş standartları var.

Bununla yanaşı, avtomobilin mühərrik, əyləc sistemində və təkərlərində poroblem olarsa, mühhərrikin səsi və tullantı qazlarının miqdarı nəzərdə tutulandan artıq olarsa , o zaman həmin avtomobilin istismarına qadağa qoyulur.

Unikal.org xezerxeber-in mövzu ilə bağlı videomaterialını təqdim edir: