Binəqədi rayonu 7-ci mikrorayon ərazisində inşa olunan Bakı Metropoliteninin "Dərnəgül elektrik deposu ərazisində yeraltı piyada keçidi istifadəyə verilib.

Unikal.org xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. M.Əliyev küçəsi 3126-27-ci məhəllədə inşa olunan piyada keçidi ətraf ərazidə yaşayan sakinlərin rahatlığını təmin etmək məqsədi daşıyır.

Uzunluğu 154,36, eni 4, hündürlüyü isə 2,3 metr olan piyada keçidi müasir standartlara cavab verən formada tikilib.

Binəqədidə yeni keçid

Binəqədidə yeni keçid