Ağdam rayonunda orta məktəb direktorunun digər məktəbin direktor müavinini döyməsi ilə bağlı araşdırmalara başlanılıb.

Unikal.org bildirir ki, bu barədə Trend-ə Ağdam Rayon İcra hakimiyyətinin başçısı Raqub Məmmədov açıqlamasında deyib.

İcra başçısı bildirib ki, hadisə ilə bağlı Ağdam Rayon Polis Şöbəsi və Ağdam Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Qeyd edək ki, hadisə rayonun Səfərli kəndində baş verib. Həmin kənd orta məktəbinin direktor müavini Şirazi Ağayev tarix müəllimi Şahnaz Əliyevanın dərsə gəlməməsindən narazılıq edib. O, bunun üçün müəllimin həyat yoldaşı, Baharlı kənd orta məktəbinin direktoru Fəqani Səfərovla əlaqə saxlayıb. F.Səfərov isə ona ağır cavab verib və mübahisə böyüyüb. Sonra F.Səfərov Səfərli kənd orta məktəbinə gələrək Şirazi Ağayevə bədən xəsarətləri yetirib. Yaralı Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.