Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyası baş geoloqu Ələmdar Piriyev vəzifəsindən azad edilib.

Unikal.org bildirir ki, bu barədə apa-ya ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib. O bildirib ki, Ələmdar Piriyev Milli Geoloji Kəşfiyyat Xidmətinin Mineral Xammal Elmi Tədqiqat İnstitutunun direktor müavini təyin edilib.

Ə.Qaralov qeyd edib ki, Xidmətin baş geoloqu vəzifəsinə yaxın vaxtlarda təyinatın olması gözlənilir.