"Real"ın ulduz futbolçusu Kriştianu Ronaldu karyerasını bitirəcəyi tarixi açıqlayıb.

Unikal.org apasport.az-a istinadən xəbər verir ki, portuqaliyalı forvard hələ uzun müddət futbol oynamaq arzusundadır.

CR7 Lissabondakı otelinin açılışı zamanı çıxış edərək, artıq gələcəyi ilə bağlı planlar qurmağa başladığını söyləyib. 31 yaşlı futbolçu 41 yaşına qədər yaşıl meydanlarda qalacağını vurğulayıb: "Həyat yalnız futboldan ibarət deyil. Açığı, futbol mənim üçün böyük sevgidir. Amma gələcəyi də düşünməliyəm. Karyeramı bitirmək üçün çox zamanım qalmayıb. Təxminən daha 10 il futbol oynamağı düşünürəm".
Qeyd edək ki, karyerası ərzində "Sportinq" və "Mançester Yunayted"in formasını geyinmiş Kriştianu Ronaldu 2009-cu ildən "Real"ın uğurları üçün çalışır.