Tanınmış aparıcı Afaq Gəncəli yeni çəkildiyi "Kişi sözü serialından görüntünü sosial şəbəkədə paylaşıb.

Unikal.org xəbər verir ki, aparıcı ilk dəfədir ki, serialda çəkilir. Romantik serialda Afaq Gəncəli qayınana obrazını canlandıracaq. Kürəkəni isə aparıcı Cavid Güldür.

Ekran işinin baş prodüseri Elməddin Cəfərov, rejissoru Ramin Hacıyev, ssenaristləri Elnur Hüseynov, Tərlan Nur Yaşar, Samid Ağayevdır. Digər rollarda əməkdar artistlər Nahidə Orucova, Əjdər Həmidov, Ülviyyə Əliyeva, aktyorlar İslam Mehrəliyev, Elnur Hüseynov, aparıcılar Cavid Gül, Nurlana Cəfərova, Aydan Axundova ifa edib.