ABŞ hökuməti "Əl Qaidə qruplaşmasını gözdən salmaq və onun terrorçu imicini formalaşdırmaq üçün Böyük Britaniya şirkətinə 500 min dollar pul ayırıb. 

Unikal.org xəbər verir ki, bu iddia ilə Böyük Britaniyanın "İndependit nəşri çıxış edib.  Araşdırmaçı Jurnalistlər Birliyinin tədqiqatına görə, PR şirkət İraq, Əfqanıstan müharibələri, İŞİD-in əməllərinə dair də "fake videolar hazırlayıb. 

Müsəlmanların əleyhinə aparılan kampaniyada hətta bəzi ərəb qəzet və televiziyaları, saytları ABŞ-a dəstək olublar. Videoların hazırlanmasında ABŞ generalları yaxından iştirak ediblər. 

İnformasiya texnologiyalarının imkanlarından geniş istifadə edən peşəkar ingilislər qsıa müddət ərzində videoların hazırlanması, yayılmasını təşkil ediblər.