Hüquq-mühafizə orqanlarının əməkdaşları daxil olan məlumat əsasında qəbiristanlıqda əməliyyat keçirib.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü PB və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları tərəfindən şəhəri ərazisindəki qəbiristanlıqda torpağa basdırılmış "Makarov markalı tapança, patron darağı və 8 ədəd patron aşkar edilərək götürülmüşdür.