Unikal.org xəbər verir ki, bir müddət öncə anasını itirən əməkdar artist Nüşabə Ələsgərli anası və bacısının yoxluğuna hələ də alışa bilmir:

"Ana, sən mənim gözümdən bir damla yaş düşməyə qoymazdın. Həmişə deyərdin "mənə bax, heç məni ağlayan görmüsən?. Mənim çətin günlərim çox olub. Amma özümü dik tutmuşam, əyilməmişəm. Həmişə özünü dik tut, əyilmə, qoçaq ol...çətinlikləri keç. Amma indi göz yaşı nədir ki?. Hər gün sənin üçün, bacım üçün ağlayıram. Burada artıq çətinlik deyil, sizsizlikdir. Bunu unuda bilmirəm. Danışıb-güləndə də beynimdə fırlanır yoxluğunuz. Bəlkə mənə dağ bata bilməzdi. Çox güclü həyata gətirmişdin məni. İndi amma gücüm getdi. Qanadım sınıb. Gözümün nuru Ana deyirdilər. İndi başa düşdüm. Artıq dünyanın gözəlliklərini gürmürəm. Çünki nurum gedib. Sən görmürsənsə, o gözəllikləri artıq mənə də lazım deyil".
"Qanadım sınıb, hər gün ağlayıram..." - Əməkdar artist
Картинки по запросу nusabe elesgerli anasi və bacisi oldu