Azərbaycanın xalq artisti, dünya şöhrətli sənətkar Zeynəb Xanlarova Moskvada solo konsert verəcək.

Unikal.org bildirir ki, tədbir oktyabrın 23-də Moskvanın "Rossiya"konsert salonunda baş tutacaq. Zeynəb Xanlarova tədbirdə sevilən mahnılarını səsləndirəcək. 

Qeyd edək ki, "Zeynəb Xanlarova yubiley konserti" adlanan proqram dünya şöhrətli sənətkarın 80 illik yubileyinə həsr olunub.