Xalq artisti Faiq Ağayevlə əməkdar artist Tünzalə Ağayeva arasında qalmaqal yaşanıb.

Unikal.org-un məlumatına görə, F.Ağayev "ATV maqazin onlarla verilişində T.Ağayeva ilə küsülü olması suallarını cavablandırıb.

O, qarşı tərəfi özündənrazılıqla günahlandırıb:

"Bir insanın adını çəkmədən, söhbəti umumiləşdirmək istəyirəm. Ağac nə qədər çox bar verərsə, başı aşağı olar. Bəzi insanlar var ki, onlar üçün böyüklük kiçikliyini qorumaqdır. Onu bacarmırsa, hörmət qazanmayacaq. Mən onların münsifi olmuşam. İndi "mənəm-mənəm deyir, o vaxt mənim "hə deməyimi gözləyirdi. Mahnılarıyla, konsertləri ilə "mənəm-mənəm desin, boş-boş havanı silkələyir. İnsanın özünü fərqli aparması, mənə gülməli gəlir. Dünən dostluq etdiklərimi bu gün tanımıram. İnsanlara yuxarıdan aşağı baxmaq olmaz".

Xatırladaq ki, F.Ağayev T.Ağayevanın 2001-ci ildə qatıldığı müsabiqədə münsif olub.



Axşam.az