Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda və qəsdən sağlamlığa ağır zərbə vurmaqda təqsirləndirilən Qulu Abdullayev və Kamran Cəfərzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org apa-ya istinadən məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən Q Abdullayev və K. Cəfərzadə hər biri 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, 2015-ci ilin noyabr ayının 3-də Ramana qəsəbəsi, Şuşa şəhərciyində qəsəbə sakini Aynur Teymurova bıçaqlanıb.

Sabunçu Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi və 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakinləri - 1998-ci il təvəllüdlü Q. Abdullayev və 1999-cu il təvəllüdlü K. Cəfərzadə tutulub.

Q. Abdullayev Cinayət Məcəlləsinin və K.Cəfərzadə Cinayət Məcəlləsinin 181-ci (quldurluq) və 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham olunurlar.

K. Cəfərzadə A. Teymurovanın oğlunun sinif yoldaşı olub.