Ötən həftənin bu günü bir qrup jurnalistin iştirakı ilə Qəbələ rayonuna "Turizmin inkişafında KİV in rolu və funksiyası" adlı infotur təşkil edildi. Səfərimiz hər zaman media nümayəndələri ilə dost münasibətdə olan Xəyal Məmmədxanlı, Ruhiyyə Yolçuyeva və Azərbaycanın ən müasir və peşəkar otel brendlərindən olan "Qafqaz" hotellərinin ev sahibliyi ilə baş tutdu. 
 
-Ev sahibi....
 
-Qafqaz Hotel & Resort otellər qrupu 13 oteldən ibarət olan bir Azərbaycan brendidir. Burada üç və beş ulduzlu otellər 1400-dən çox qonaq qəbul etmə iqtidarındadır. Hal-hazırda Bakı, Qəbələ, Lənkəran və digər şəhərlərdə otel məhsulları inkişaf mərhələsindədir. Qrupda 1000-dən çox işçi çalışır. Otellər qrupu haqda ətraflı məlumat əldə etmək üçün www.qafqazhotels.com səhifəsi istifadəçilərə təqdim olunmuşdur. Şəhər mehmanxanaları, Butik və Kurort otellər bizim qrup tərəfindən qonaqlara təqdim olunur. Bu gün Qafqaz mehmanxanaları və kurortları müasir qonaqpərvərliyi və xidmətlərin bütün aspektlərini əhatə edir. Bizim qonaqlar QafqaZ regionuna xas olan qayğı və qonaqpərvərlik kimi hissləri yaşamaq üçün otellərimizin xidmətlərindən istifadə edə bilərlər.

-Səfərimiz Qəbələdir...

-Səhər saat 10:00-da Bakı, Tbilisi prospektində yerləşən (İST petrolla üzbəüz) Qafqaz City hoteldən 30-a yaxın media nümayəndəsi Qəbələyə yolda düşdük. Orada bizi hansı surpirizlər gözləyir heç özümüzdə bilmirik. Rayona çata-çatda tədbirin təşkilatçılarından olan Ruhiyə xanım jurnalistlərə bildirir ki, ayağınızın və boyunuzun ölçüsünü deyin. Soruşduqda isə xizək sürəcəksiniz deyir. Düzü jurnalist olmağıma baxmayaraq Azərbaycanda bircə Şahdağda xizək sürməyin mümkünlüyünü bilirdim. Nəsə keçək mətləbə. Qar yağır, yollar, ətraf qarla örtülüdür. Hər kəs rayona getdiyimiz nəqliyyat vasitəsini saxlamasını istəyir. Səbəb isə paytaxt Bakıdan fərqli olaraq burada qarın yağmasıdır. Hər kəs sözsüz facebook sosial şəbəkəsində paylaşımlar üçün qar mənzərəsində şəkil çəkmək və qar dadını çıxartmaq istəyir. Avtobus rayonun girəcəyində saxlayır. Şəkillər çəkilir və paylaşımlar edilir. Bu işimiz bitdikdən sonra yola çıxırıq. 

-Qəbələni bəzəyən "Qafqaz" hotelləri...
 
 
"Qəbələ rayonunda mövcud olan turizm obyektləri hər il nüfuzlu sərgilərdə, dünya səviyyəli ixtisaslaşdırılmış yarmarkalarda iştirak edir və bazarda özünün turizm məhsullarını nümayiş etdirir. Rayonun turizm sektorunda çalışan insanlar yaxşı bilirlər ki, xarici turistləri necə qarşılamaq lazımdır, onlar nəyi görmək, hansı adət-ənənələrlə tanış olmaq istəyirlər, milli mətbəximizin hansı nümunələrini daha çox xoşlayırlar, hansı servisə üstünlük verirlər. Bunun üçün otel və istirahət mərkəzlərinin sahibləri, orada müştərilərə xidmət göstərən şəxslər rayona gələn qonaqların şən və mənalı istirahətinin təmin olunması üçün bütün qüvvəsini səfərbər edirlər".-bu fikirlər rayon İcra Hakimiyyətinin saytında dərc olunub. Böyük fəxrlə turizm haqqında saytda məlumat verilir. Sözsüz 8 otel şəbəkəsinin bu rayonda yerləşməsi həqiqətən də qürurvericidir. Hər zaman xaricdə belə otellərin olduğunu düşünürdüksə artıq "Qafqaz" hotelləri bunu Azərbaycanda da reallaşdırıb.  Xüsusilə beşulduzlu "Qafqaz Resort", "Qafqaz Riverside", "Qafqaz Sport", "Qafqaz Karvansaray" hotelləri, "Qəbələnd" istirahət və əyləncə mərkəzi,"Yeddi gözəl", "Yengicə" və digər otel və istirahətmərkəzləri son illərdə inşa edilən turizm obyektlərindəndir və burada qonaqların mənalı, xoş istirahəti üçün hər cür şərait yaradılmışdır. Qafqaz brendi altında fəaliyyət göstərən beşulduzlu otellər xidmətin səviyyəsinə görə ölkənin ən qabaqcıl otelləri sırasındadır.

-Naftalan nefti və yerdən çıxan mineral Yengicə suyu ilə müalicə...

-Günorta saat 2:00-ı göstərir. 4 saata yaxın yol gəlmişik. Günorta yeməyi və tanışlıq məqsədiilə ilk günü jurnalistlər Qəbələnin Yengicə kəndindəki "Yengicə Thermal and SPA" hotelinə gəldik. QafqaZ Thermal & Spa Hotel Qəbələ şəhərində yerləşən dördulduzlu oteldir. Otelin yerləşdiyi ərazi mineral və termal suları ilə çox məhşurdur. Otel öz qonalarına 61 geniş otaq təqdim edir. Otelin spa mərkəzi və ya imdan zalında vaxtınızı keçirdikdən sonra bizim otaqlarda çox rahat istirahət edə bilərsiniz. Oteldə mövcud olan restoranda qonaqlar azərbaycan və dünya mətbəxinin ləziz neymətllərini dada bilərlər.
Qeyd edək ki, bu hoteldə məşhur Naftalan nefti ilə müalicə prosedurları da var. Yalnız Naftalanda çıxan Naftalan neftinin unikal tərkibi bədəndə olan toksinlərin çıxmasını təmin edərək, müalicəvi təsir göstərir. Naftalan nefti dünyada yalnız Azərbaycanda mövcuddur. Qədim zamanlardan bu neftin müalicə təsiri Azərbaycanda eləcə də dünyada məşhurdur. Naftalan neftinin müalicə amili iltihabəleyhi, ağrıkəsici, damargenəldici, allergiyaəleyhi, maddələr mübadiləsini tənzimləyici xüsusiyyətləri cəmləşdirərək 70-ə qədər xəstəliyi müalicə etməyə qadirdir. Hazırda bu oteldə Naftalan nefti ilə müalicə olmaq istəyən insanların sayı kifayyət qədərartmaqdadır. Açığı bundan əvvəl naftalan neftinin təkcə Naftalanda olduğunu bilirdim. Hotelin "SPA" sağlamlıq mərkəzinin rəhbəri Rəşad Abdulhəlimov vurğuladı ki, bu hotelin unikallığı ərazidə yerləşən müalicəvi su mənbəyidir. O, xüsusi qablara doldurulmuş sözügedən sudan jurnalistlərə də içməyi təklif edərək bildirdi ki, tarixi araşdırmalar, kimyəvi və tibbi testlər bu mineral suyun yüksək dərəcədə müalicəvi və bərpaedici təsirini sübut edib. Mərkəz rəhbərinin sözlərinə görə, Qəbələ rayonunun Yengicə kəndində yerləşən mineral su mənbəyi hələ qədim zamanlardan yerli əhali tərəfindən müalicə məqsədilə istifadə olunub. Hazırda da Yengicə mineral suyu sümük, revmatik, əzələ ağrıları, dəri xəstəlikləri, osteoxondroz və sair xəstəliklərin dərmanı sayılır.

Bir neçə saatdan sonra Yengicə kəndindəki hotellə tanışlıqdan sonra Qəbələ şəhərindəki 5 ulduzlu "Qafqaz Sport Hotel"inə yollandıq. Bildirək ki, QafqaZ Sport Hotel Qəbələ şəhərinin mərkəzinə yaxın yerdə yerləşən beşulduzlu rezort tipli oteldir. Böyük Qafqaz dağları tərəfindən əhatə olunan otelimiz qonaqlara 117 otaq təqdim edir. Otelin restoranında qonaqlar dünya və azərbaycan mətbəxinin ləziz neymətlərini dada bilərlər. Otelin ərazisində qonaqlar həm də koteclərdə ailəvi istirahət edə bilərlər. Təbii ki, biz də bir günlük istirahətimizin qısa müddətli olmasını nəzərə alaraq hər kəs bu gecə kiminlə qalmasını müəyyənləşdirir və otaqlarımıza yerləşdikdən sonra günümüzün əyləncəli keçməsini müəyyənləşdirik. Biri hovuza gedəcəyini, biri idman edəcəyini, digərləri isə qar topu oynayacağını və beləcə günümüzü başa vuracağını düşünürük.  Artıq bütün əyləncələrdən istifadə etdikdən sonra gecə saat 11:00-dan sonra hotelin mehriban, qonaqpərvər əməkdaşları və mediya nümayəndələri ilə birgə "MAFİYA" oyunu oynadıq. Belə yorulduqdan sonra hər kəs yatmağa getdik. 
 
 
Qeyd edək ki, həmin gün KİV nümayəndələri bölgənin turizm imkanları barədə müəyyən fikir mübadiləsi aparıldı. 

-"Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksilə tanışlıq...

-Səhər açılır, nahar vaxtıdır. Hər kəsin yorğun olmasına baxmayaraq Tufandağı görmək və orada xizək sürmək, kanatda gəzmək həvəsindədir. Nəhayyət fevralın 21-də jurnalistlərlə "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksinə yollandıq. İstirahət mərkəzi dağ turizminə verilən müasir tələblər səviyyəsində qurulmuş, mənalı və əyləncəli istirahət üçün tələb olunan lazımi infrastruktur vasitələri ilə təmin edilmişdir. 
Turizm mərkəzinin müştəri xidmətlərinin rəhbəri Samir Cəfərov komplekslə media təmsilçilərini tanış edərək bildirdi ki, obyekt 2014-cü il yanvarın 3-də dövlət başçısı İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Açılışı olduğu gündən fəaliyyətə başlayan kompleks bir həftə müddətində turistlərə və qonaqlara ödənişsiz xidmət göstərmişdir. İstirahət etmək istəyənlərə Kanat xətlərində gəzinti, Xizək yollarında sürüşmək kimi maraqlı və əyləncəli xidmətlər göstərməkdə davam edirik. Turistlər Kanat xətlərindən istifadə etməklə Böyük Qafqazın Tufandağ silsiləsinin yüksəkliklərinə səyahət etmək imkanı qazanırlar. İstirahət zamanı onlar restoran və kafe xidmətlərindən yararlana, Qəbələ şəhərində mövcud olan hotellər kompleksində dincələ bilərlər. Kompleksimiz turistlərə münasib və sərfəli qiymətlərlə xidmətlər təklif edir. Daimi müştərilərimizə güzəştli endirim paketləri təqdim ediləcəkdir. Qafqazın ən müasir dağ xizəkçilik məkanlarından biri olan "Tufandağ" müasir infrastrukturu ilə xizəksevərlərin əvəzedilməz məkanlarından biridir.  O, kompleksin 2 mərhələdən ibarət olduğunu və birinci mərhələ üzrə bütün işlərin yekunlaşdığını söylədi. Qeyd etdi ki, hazırda ümumi uzunluğu 6 kilometr olan 4 kanat xətti, 17 kilometrə yaxın 10 xizək yolu, həmçinin istirahət mərkəzindəki hotel, kafe, restoran, "Fastfood" müştərilərin ixtiyarındadır. Burada kanatla gəzinti, xizək sürmə, skuterlə gəzinti və sair xidmətlər göstərilir. Kanat xətlərində gəzinti 6 yaşınadək uşaqlar üçün pulsuz, 6 yaşdan yuxarı bütün müştərilər üçün adambaşı 10 manatdır. Bu ödənişi etməklə müştərilər gün ərzində 4 kanat xəttindən limitsiz istifadə edə bilərlər. Xizək xidmətləri bizdə bir gün və yarım gün üzərinə hesablanır. Bununla yanaşı, müştərilər 2, 3, 4, hətta bir həftəlik xizək sürmə xidmətindən yararlana bilərlər ki, bu zaman ödənişlər fərqli olur. Misal üçün əgər bir nəfər xizək sürmək xidmətindən bir həftəlik yararlanmaq istəyirsə, bunun üçün 100 manat ödəniş etməlidir. Bu zaman ona xizək vasitələri, yəni xüsusi baş və ayaq geyimi, eynək, xizək, eləcə də isti geyim dəsti verilir. Həmin müştəri bu ləvazimatlardan və bütün kanat xətlərindən bir həftə ərzində səhər saat 09:00-dan axşam 17:00-a kimi limitsiz istifadə edə bilər. Bu ləvazimatları yarım günlük, yəni, saat 13:00-dan 17:30-a kimi kirayələmək üçün 30 manat ödəməlidir. Bütün kanat xətlərindən istifadə də bu qiymətə daxildir. Tam gün üçün bu ləvazimatları kirayələmək bir nəfər üçün 45 manatdır".S.Cəfərov dekabr ayının 18-dən mövsümə start verildiyini diqqətə çatdırdı. Dedi ki, əvvəlki il ilə müqayisədə müştərilər bu turizm obyektinə daha çox gəlirlər: "Ötən ilin yanvar ayında 9 min turist qəbul etmişdik. Cari ilin yanvar ayında isə qonaqlarımızın sayı 15 mini keçib. Xizək sürməyə görə ötən mövsümdə 1700-dən artıq turist qəbul etmişdiksə, hazırda bu rəqəm 3000-dən artıqdır. Turizm obyekti açılandan bu günə qədər 300 minə yaxın turist qəbul etmişik. Həmin turistlərin təxminən 10 faizi xarici ölkələrdən, o cümlədən Rusiya, Gürcüstan, Türkiyə, İran, Cənub-Şərqi Asiya, Avropa və ərəb ölkələrindən  gələn turistlərdir. İndinin özündə də xarici ölkələrdən bizim kompleksdə istirahət etməyə gələnlər çoxdur. Misal üçün, bu günlərdə Şri-lankadan, Pakistandan 2 avtobus turist gəlmişdi. Ümumiyyətlə, kompleksimiz gün ərzində 3500 nəfər turistə xidmət etmək gücündədir. Amma ötən ilin yay ayı ərzində kanatda gəzintiyə görə 3600-dən artıq turist qəbul etmişdik. Biz planlaşdırırıq ki, bu il xizək sürmə mövsümünü mart ayının 15-ə kimi davam etdirək. Ancaq bu, hava şəraiti ilə bilavasitə bağlıdır. Əgər havalar soyuq keçərsə, nəzərdə tutduğumuz tarixə qədər qış turizmi üçün turist qəbul edə biləcəyik. İşçi sayımıza gəlincə, bu, mövsümə görə dəyişir. Hazırda mərkəzdə 110 nəfər çalışır. Yayda isə bu rəqəm 70-80 arasında dəyişir. İşçi heyəti ingilis, rus, alman, ərəb dillərində turistlərlə ünsiyyət saxlamaq imkanına malikdirlər. Burada yaradılan müasir şərait Avropa ölkələrindəki anoloji turizm mərkəzlərindəki şəraitdən heç də geri qalmır. Kompleksin ikinci mərhələsi üçün də hazırlıq işləri görülür. 2016-cı ilin yay aylarında daha 4 kanat xəttinin və 12 xizək yolunun tikintisinə başlanılacaq. Beləliklə də turistlər Böyük Qafqaz sıra dağlarının ən yüksək zirvəsinə - dəniz səviyyəsindən 2500 metr hündürlüyə qalxa biləcəklər. Orada da həm gəzinti, həm də xizəkçilik üçün tam şərait yaradılacaqdır. Hazırda isə turistlər istifadədə olan 4 kanat yolundan istifadə etməklə dəniz səviyyəsindən 1900 metr yüksəkliyə qalxa bilirlər. Hər bir dayanacaqda müştərilər kafe və restoranların xidmətlərindən yararlana bilərlər.Media mənsublarına buradakı "Qafqaz Tufandağ Hotel"i barədə də geniş məlumat verildi. Bildirildi ki, Qafqaz Tufandag Mountain Resort Hotel 50 otaqlı möhtəşəm bir dağ otelidir. Otel müasir və dəbli otaqları ilə rahat istirahət təklif edir. QafqaZ Tufandağ oteli öz cazibədar təbiəti, şərqə məxsus qonaqpırvərliyi, xoş mühiti ilə Sizin möhtəşəm istirahətiniz üçün hər bir imaknı təqdim edir. Otel Böyük Qafqaz sıra dağlarının ətəyində, Dəmiraparan çayının sahilində yerləşir. Yaşıl meşələri və başı qarlı əzəmətli dağlarıyla göz qamaşdıran təbiətin qoynunda 5 ulduzlu xidmətdən həzz alacaqsınız. otel Bakı şəhər mərkəzindən 225 km, Qəbələ beynəlxalq hava limanından 20 km məsafədədir.2015-ci ildə istismara verilən hotel yerləşməsi, rahatlığı və yüksək xidmət səviyyəsi ilə rəqiblərindən bir addım öndədir. Tufandağ hoteli həm həftəiçi, həm də xüsusi həftəsonu paketləri ilə müştərilərinə cazibədar təkliflər edir. 2 nəfər üçün 179 AZN ödəyərək müştərilər burda 2 nəfərlik otaqda gecələməklə bərabər, səhər yeməyi, SPA və fitness, ödənişsiz xizək dəsti və xizək geyimləri, xizək xəttinə buraxılış kartı, eyni zamanda hoteldə erkən qeydiyyat (10:00-dan etibarən) və gec çıxış (16:00-a qədər) imkanları əldə edə bilirlər. Həmçinin qeyd olundu ki, Novruz bayramı münasibətilə 19-28 mart tarixlərində xüsusi kampaniyaya start verilib. Artıq arzu edənlər 72 AZN-dən başlayan iki nəfərlik otaq qiymətləri ilə, (gecələmə, səhər yeməyi, internet, spa və fitness qiymətə daxildir) 22-23-24 Mart tarixlərində isə 116 AZN-dən başlayan 2 nəfərlik otaq qiymətləri ilə (Gecələmə, səhər yeməyi, SPA, Bayram Şou Programı – Musiqiçilər, aparıcılar, DJ-lər, keçəl və kosa, köpük Şousu, klounlar, rəqqas və rəqqasələr, sehrbazlar və s.) qonaq ola bilərlər.

-Xizəksevərlər, kanat həvəskarları üçün Tufandağ supprizi...

Kompleks haqqında məlumat aldıqdan sonra hər kəs xizək sürmək, kanata minmək həvəsindədir. Əvvəlcə media nümayəndələrinə xizəkdən istifadə etmək üçün tərtib olunmuş xəritə nümayiş etdirilir. Daha sonra növbbə ilə hər kəsə xizək dəsti (Xizək, ayaqqabı, baton, dəbilqə, eynək, gödəkçə, şalvar, əlcək ) verilir.  Kanatla xizək təlim mərkəzinə yollandıq və burada media nümayəndələrinə təlim keçildi və ardınca onlar bu əyləncə növünün həyəcanlı anlarını yaşadılar. Bəziləri ilk dəfə xizək sürməyi, kanata minməyi məhz burada gördülər. Digərlərindən fərqli olaraq mən xizək sürə bilmədiyim üçün istəyimlə təkcə dəbilqə, eynək, gödəkçə, şalvar, əlcək götürüb kanatla gəzməyə daha çox üstünlük verdim. Beləcə, fevralın 21-i saat 3:00-da Bakıya geri qayıdacağımızı planlaşdırsaqda, amma Tufandağ Kompleksində yaradılan xizək və kanat kefi  bizi gecə saat 18:00-dək burada qalıb əylənməyimizə vadar etdi.