UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçirilib. 

Unikal.org-un  məlumatına görə, Azərbaycan təmsilçisi "Qəbələ də növbəti sınağına çıxıb.

Roman Qriqorçukun yetirmələri səfərdə "Sent-Etyenə qonaq olublar. 

Qrupdakı əvvəlki oyunlarda göstərdiyi yüksək məhsuldarlığı bu oyunda sərgiləyə bilməyən "qırmızı-qaralar" avtoqola üzülübülər.

İlk hissə qolsuz başa çatıb. İkinci hissədə hücumlarını artıran rəqib nəhayət 70-ci dəqiqədə istəyinə çatıb. Cərimə zərbəsindən ötürmə zamanı yaranan qarşıqlıqda Rikardinyo topu başı ilə öz qapısına vurub.

Oyunun sonlarına yaxın təzyiqi artıran təmsilçimiz bir neçə dəfə qol vurmağa cəhd etsə də, buna nail ola bilməyib.