İspaniya La Liqasının 9-cu turunda keçirilən "Valensiya" - "Barselona" oyununda (2:3) insident yaşanıb.

Unikal.org-un Qol.az-a istinadən məlumatına görə, xoşagəlməz hadisə matçın əsas vaxtına əlavə edilmiş 3-cü dəqiqəsində Lionel Messinin penaltini qola çevirməsindən sonra baş verib.

Messinin qələbə qolundan sonra məğlubiyyəti həzm edə bilməyən yerli azarkeşlər "Barsa"nın futbolçularına su qabları atıb. Onlardan biri Neymarın başına dəyib.