Əfsanəvi braziliyalı futbolçu Ronaldinyo Azərbaycana bu həftə həyata keçirdiyi səfərindən çox razı qalıb.

Unikal.org qol.az-a istinadən xəbər verir ki,36 yaşlı dünya çempionu "Qəbələ" klubunun dəstəyi ilə Bakıda açılacaq futbol akademiyası ilə bağlı paytaxtımıza səfəri çərçivəsində Bakı Olimpiya Stadionunda "qırmızı-qaralar"ın U-15 komandasının məşqində iştirak edib.

Ronalindo şəxsi saytında həmin məşqdən çəkilmiş fotonu paylaşıb və təəssüratlarını yazıb:

"Arzuların həyata keçdiyini görmək çox sevindiricidir. Ən çox sevdiyim idman növünün inkişafında rol oynamaq xoşdur. Ümid edirəm ki, yaxın zamanda bu uşaqların meydançada parladığını görəcəyik".