"Qəbələ bu günlərdə müqavilə imzaladığı Cavid Hüseynovdan Topaz Premyer Liqasının cari mövsümündə istifadə edə biləcək. 

Unikal.org Apasport.az-a istinadən xəbər verir ki, "qırmızı-qaralar 28 yaşlı yarımmüdafiəçinin adını çempionatın iştirak ərizəsinə daxil ediblər.

Hüseynov "Qəbələdə köhnə formasında oynayacaq. Belə ki, seçimini edən Cavid yenidən 14 nömrəli futbolkanı geyinəcək.