Azərbaycan voleybolunda ciddi islahatlara start verilib. Cavid Qurbanovun federasiya prezidenti seçilməsindən az sonra qurum rəhbərliyində də böyük dəyişikliklər gerçəkləşib.

Belə ki, federasiyanın I vitse-prezidenti Faiq Qarayev, həmçinin digər vitse-prezidentlər Vəsilə Abulova və Vaqif Əliyev postunda qalsalar da, digər rəhbər postlara yeni adlar gətirilib.

İndiyədək 3 vitse-prezidenti olan qurumda artıq bu vəzifəni 5 nəfər icra edəcək. Yeni vitse-prezidentlər isə həm də "Azərreyl və "Lokomotivə rəhbərlik edəcək. "Azərreylin yeni prezidenti təyin olunan Elşən Əfəndiyev və "Lokomotivdə eyni vəzifəyə sahib olan Rəşad Abbasov federasiyada da məsuliyyət daşıyacaq.

Federasiyanın baş katibi Elşən İsmayılov isə işinə davam edəcək. Bununla yanaşı, qurumda yeni idman şöbəsi yaradılıb. Buraya AFFA və "Neftçi futbol klubunda çalışmış Elnur Məmmədov rəhbər təyin edilib.

Qeyd edək ki, Əfəndiyev "Azərreyldə Hicran Vahabovu əvəzləyib. "Lokomotiv isə ötən ilki "Gənclikdi ki, bu dəfə komanda həm kişi, həm də qadınların yarışında mübarizə aparacaq.