"Neftçi klubu inzibati heyət və kadr siyasətinin optimallaşdırılması ilə bağlı qərar qəbul edib. 

Unikal.org xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

Qərara görə, Orxan Hüseynzadə icraçı direktor vəzifəsinə təyin olunub. Hüseynzadə həmçinin idman direktoru vəzifəsini də yerinə yetirəcək.

İcraçı direktorun maliyyə məsələləri üzrə müavini vəzifəsinə isə Elnur Eyvazov təyin edilib.